Milli Kitabxanada “İsa Həbibbəyli - 70” adlı kitab sərgisi açılıb
Milli Kitabxanada “İsa Həbibbəyli - 70” adlı kitab sərgisi açılıb
16 Oktyabr 2019 14:56 MədəniyyətOktyabrın 16-da Milli Kitabxanada müasir Azərbaycan humanitar və ictimai elmi düşüncəsinin nüfuzlu simalarından biri, görkəmli ədəbiyyatşünas alim, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin anadan olmasının 70 illiyi münasibətilə "İsa Həbibbəyli-70" adlı kitab sərgisi açılıb.
Olaylar.az bildirir ki, sərgidə akademikin Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitabları, elmi redaktoru, elmi məsləhətçisi və tərtibçi-müəllifi olduğu əsərləri, kitablarda və dövri mətbuatda dərc edilmiş şeirləri, həmçinin alim haqqında yazılmış əsərlər, söylənmiş fikirlər və dövri mətbuat materialları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31