Timur Əsgərov “Kralın əyləncəsi” baletində baş rolda çıxış edəcək

Timur Əsgərov “Kralın əyləncəsi” baletində baş rolda çıxış edəcək

Dekabrın 11-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Jan-Filip Ramonun "Kralın əyləncəsi" baleti nümayiş olunacaq.

Olaylar.az bildirir ki, səhnə əsərində Kral obrazını Azərbaycan Respublikasının Əməkdar artisti Timur Əsgərov canlandıracaq.

Baletin premyerası 2015-ci ildə Mariya Teatrında olub.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət və Ukrayna Milli Akademik opera və balet teatrlarında çalışıb. O, 2011-ci ildən Mariya Teatrında fəaliyyət göstərir. Teatrın truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31