Fərəc Qarayevin əsəri beynəlxalq müasir musiqi festivalında səsləndiriləcək

Fərəc Qarayevin əsəri beynəlxalq müasir musiqi festivalında səsləndiriləcək

Oktyabrın 22-dən 27-dək Rusiyanın paytaxtında "Moskva forumu" XVI beynəlxalq müasir musiqi festivalı keçiriləcək.

Olaylar.az bildirir ki, konsertin proqramına bəstəkar, Azərbaycanın Xalq artisti, professor Fərəc Qarayevin "Xütbə, muğam və surə" əsəri də daxil edilib.Bu əsər oktyabrın 26-da P.İ.Çaykovski adına Moskva Konservatoriyasının Raxmaninov zalında "Yeni musiqi studiyası" ansamblı tərəfindən təqdim olunacaq. Tarda Azərbaycanın Əməkdar artisti Sahib Paşazadə çıxış edəcək. Dirijor Sergey Akimovdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31