“İl Tabarro” operasını almaniyalı dirijor idarə edəcək
“İl Tabarro” operasını almaniyalı dirijor idarə edəcək
8 Oktyabr 2019 14:52 MədəniyyətOktyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin ən populyar əsərlərindən biri "İl Tabarro" operasının tamaşası nümayiş olunacaq.
Olaylar.az bildirir ki, ilk quruluşu 1918-ci ildə Nyu-Yorkun Metropoliten-Opera teatrında baş tutan tamaşa Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 2014-cü ildə almaniyalı rejissor Lüdviq Baumanın tərəfindən səhnəyə qoyulub. Tamaşanın musiqi rəhbəri və dirijoru isə Korneliya fon Kerssenbrokdur.
Oktyabrın 19-da Azərbaycan Opera və Balet Teatrının rəhbərliyi baş tutacaq tamaşanı idarə etmək üçün Korneliya fon Kerssenbroku yenidən teatra dəvət edib.
Qeyd edək ki, tamaşada əsas rollarda Əməkdar artistlər Afaq Abbasova (Jorjetta), Fərid Əliyev (Luidji), Cahangir Qurbanov (Mikele), Əliəhməd İbrahimov (Tinka), Tural Ağasıyev (Vintitore), solistlər Nina Makarova (Frudjola), Tələt Hüseynov (Talpa) çıxış edəcəklər.