“Çipollino” yenidən səhnəyə çıxacaq
“Çipollino” yenidən səhnəyə çıxacaq
8 Oktyabr 2019 13:04 MədəniyyətOktyabrın 27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında məşhur italyan yazıçısı və jurnalisti Canni Rodarinin "Çipollino" əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunacaq.
Olaylar.az bildirir ki, balaca teatrsevərlər üçün nəzərdə tutulan tamaşanın rejissoru, musiqi tərtibatçısı və yeni səhnə redaksiyasının müəllifi Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xoreoqrafı isə Lalə Hacıyevadır.
Tamaşada rolları Əməkdar artistlər Əlvida Cəfərov, Mehriban Xanlarova, Sevinc Əliyeva Mirzə Ağabəyli , Məzahir Cəlilov, Rüstəm Rüstəmov, aktyorlar Xədicə Novruzlu, Rəşad Bəxtiyarov, Cümşüd Zeynalov, Dilarə Nəzərova, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Ziya Ağa, Əlləz Əhmədov, İmran Qurbanov və Ənvər Məmmədov canlandıracaq. Səhnə əsərində Coakkino Rossininin musiqilərindən istifadə olunub.