Teatrda Yusif Əkbərovun 70 illik yubileyi qeyd olundu

Teatrda Yusif Əkbərovun 70 illik yubileyi qeyd olundu

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Qızıl toy" (O.Kazımi və R.Heydər) iki hissəli musiqili komediyası 47-ci dəfə nümayiş olunub. Olaylar.az bildirir ki, əsərin bu dəfəki nümayişi tanınmış rejissor, uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində işləmiş Yusif Əkbərovun 70 illik yubileyi münasibəti ilə təqdim olunub.

Tamaşadan öncə tanınmış telejurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı mərhum rejissorun həyat və yaradıcılığı haqqında danışıb.

Səhnə əsərində rolları Əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Əkbər Əlizadə, Svetlana Bulax, aktyorlar Gülnarə Əzizova, Şaban Cəfərov, Türkel Tariqpeyma, Ruslan Mürsəlov, Yuliya Heydərova, Elməddin Dadaşov və Elnur Zeynalov ifa ediblər.

Hər zaman tamaşaçıların böyük maraqla izlədiyi retro tamaşalarımızdan olan "Qızıl toy" komediyasının sonuncu quruluşları Yusif Əkbərovun adı ilə bağlıdı.

Yusif Ələkbərov prezident mükafatçısı idi. 2013-cü ildə isə Mədəniyyət Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31