Muğam Mərkəzində "Aşıq musiqisi axşamları" layihəsi davam edir

Muğam Mərkəzində "Aşıq musiqisi axşamları" layihəsi davam edir

Oktyabrın 7-də AMEA Folklor İnstitutunun  dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" adlı konsert təqdim olunacaq.
Olaylar.az bildirir ki, layihənin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin  ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.
"Aşıq musiqisi axşamları"nın budəfəki təqdimatları Azərbaycan Qərb aşıq məktəbinə həsr olunub.
2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin  Reprezentativ Siyahısına daxil edilmişdir.
7 oktyabr tarixində Gədəbəy aşıqlarından aşıq Cahangir, aşıq Altay, aşıq Təbriz, Tovuz aşıqlarından aşıq Lətifə Çeşməli, aşıq Şəhriyar Qaraxanlı, aşıq Elməddin Məmmədli, Borçalı aşıqlarından aşıq Ramin, aşıq Əşrəf, aşıq Qabil, Göyçə aşıqlarından aşıq Səlim, aşıq Bəhmən Ardanışlı, Qazax aşıqlarından aşıq Şaiq İncəli, aşıq İlham Aslanbəyli, Kəlbəcər aşıqlarından aşıq Qalib, aşıq Gözəl Kəlbəcərli çıxış edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31