Nazir İsveçrə, Böyük Britaniya və Xorvatiyanın yeni təyin olunmuş səfirləri ilə görüşüb
Nazir İsveçrə, Böyük Britaniya və Xorvatiyanın yeni təyin olunmuş səfirləri ilə görüşüb
3 Oktyabr 2019 11:21 MədəniyyətMədəniyyət naziri Əbülfəs Qarayev İsveçrə, Böyük Britaniya və Xorvatiyanın ölkəmizə yeni təyin olunmuş səfirləri ilə görüş keçirib.
Olaylar.az bildirir ki, İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre ilə keçirilən görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Nazir Əbülfəs Qarayev 2018-ci ilin yanvar ayında Davosda keçirilən Mədəniyyət nazirlərinin Konfransında iştirakını xatırlayaraq səfər çərçivəsində İsveçrə Konfederasiyasının prezidenti Alain Berset ilə görüşü barədə məlumat verib.
Ölkələrimiz arasında mövcud mədəni əlaqələri yüksək qiymətləndirən səfir Muriel Peneveyre əməkdaşlığın inkişafı üçün perspektivlərin olduğunu qeyd edib.
Nazir Əbülfəs Qarayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Ceyms Şarp ilə gerçəkləşən görüşündə ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələlərinə toxunulub. Bu sahədə əlaqələrin daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Nazir Böyük Britaniyaya səfərlərini xatırladıb, bu ilin fevral ayında baş tutmuş növbəti səfəri çərçivəsində ölkənin bir sıra rəsmiləri ilə görüşlər keçirdiyini qeyd edib.
Səfir Ceyms Şarp əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edərək əlaqələrin daha da inkişaf edəcəyinə inamını bildirib.
Xorvatiya Respublikasının ölkəmizdəki səfiri Branko Zebiçlə görüşdə Əbülfəs Qarayev 2018-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri zamanı "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Xorvatiya Respublikasının Mədəniyyət Nazirliyi arasında 2019-2021-ci illər üçün mədəni əməkdaşlıq proqramı"nın imzalandığını bildirib.
Səfir Branko Zebiç Mədəniyyət Nazirliyini cari ilin oktyabr ayında Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil ediləcək konsertdə rəsmi tərəfdaş olmağa dəvət edib.
Nazir həmçinin Mədəniyyət Nazirliyinin 2020-ci ilin may ayında Xorvatiyanın Riyeka şəhərinin "Avropanın Mədəniyyət Paytaxtı" elan olunması çərçivəsində keçiriləcək tədbirdə fəal iştirak edəcəyini bildirib.
.jpg)
.jpg)