Görkəmli pianoçu Nikolay Luqanski Bakıya qastrol səfəri baş tutacaq

Görkəmli pianoçu Nikolay Luqanski Bakıya qastrol səfəri baş tutacaq

11 oktyabr tarixində Heydər Əliyev Sarayında dünya şöhrətli "Beryozka" Akademik Rəqs Ansamblının, oktyabrın 13-də saat 19:00-da isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Rusiya Federasiyasının Xalq artisti, görkəmli pianoçu Nikolay Luqanskinin iştirakı ilə konsertlər keçiriləcəkdir.

Olaylar.az bildirir ki, ötən il 70 illik yubileyini qeyd edən  və bu illər ərzində bütün dünyanı gəzən "Beryozka" Akademik Rəqs Ansamblı klassik slavyan rəqs mədəniyyətinin etalonu hesab olunur.

Görkəmli pianoçu, Moskva Dövlət Filarmoniyasının solisti, Beynəlxalq müsabiqələr laureatı Nikolay Luqanski Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti və Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Sergey Prokofyevin 2 saylı fortepiano konsertini ifa edəcəkdir.

Yuxarıda adıçəkilən tədbirlər Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə dəstəyi və "РОСКОНЦЕРТ" musiqili və festival proqramlarının federal direktorluğunun təşkilatçılığı ilə həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31