Uşaq Teatrı II Beynəlxalq “Keeda” festivalında çıxış edib

Uşaq Teatrı II Beynəlxalq “Keeda” festivalında çıxış edib

Bakı Uşaq Teatrı  Rusiya  federasiyasının  Kalmıkiya Respublikasında keçirilən  II Beynəlxalq "Keeda"  Uşaq və Yeniyetmələr üçün tamaşalar festivalında çox uğurla iştirak etmişdir

Olaylar.az bildirir ki, əməkdar artist İntiqam Soltanın quruluşunda Azərbaycan xalq nağılı əsasında hazırlanmış "Göyçək Fatma" tamaşasında rolları aktyorlar İlhamə Əhmədova, Niyaz İlyasoğlu, Sovqat Səmədova, Könül Şahbazova, Nərminə Məhərrəmova, Niyaz Novruzov, Qurban Əhmədov, Nicat Əhmədov ifa edib.

Festivalda nümayiş olunmuş "Göyçək Fatma" tamaşası Diplomla təltif olunub və  Bakı Uşaq Teatrına Kalmıkiya Höküməti tərəfindən təşəkkür məktubu ünvanlanıb.         

Uğurlu çıxışın nəticəsi olaraq teatr festival iştirakçısı olan bir neçə ölkə tərəfindən dəvət alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31