“Muğam dünyasına səyahət” layihəsi davam edir

“Muğam dünyasına səyahət” layihəsi davam edir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Beynəlxalq Muğam Mərkəzinin birgə həyata keçirdiyi "Muğam dünyasına səyahət" layihəsi çərçivəsində növbəti konsert keçirilib.

Olaylar.az bildirir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qızıldaş Qəsəbə Mədəniyyət Mərkəzində keçirilən konsertdə tarzən Əmrulla Əliyev və kamança ifaçısı Fərrux Haşımlının müşayiəti ilə Beynəlxalq Muğam Mərkəzinin solistləri, muğam müsabiqəsinin qalibləri, xanəndələr Könül Xəlilzadə, Nisbət Sədrayeva və Elgiz Əliyev "Segah", "Mahur", "Şur" muğamları və təsnifləri ilə çıxış ediblər.

Bu ilin iyul ayından start götürən "Muğam dünyasına səyahət" layihə ilin sonuna kimi davam edəcək.

Əsas məqsəd milli mədəni irs nümunəmiz və orijinal musiqi mədəniyyətimiz olan Azərbaycan muğamlarını təbliğ etmək, muğamın fəlsəfi dünyasından bəhrələnmək və tamaşaçıların asudə vaxtını məqsədyönlü təşkil etməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31