Qazaxıstanın Dövlət Televiziyası Beynəlxalq Muğam Mərkəzində

Qazaxıstanın Dövlət Televiziyası Beynəlxalq Muğam Mərkəzində

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilati dəstəyi ilə Azərbaycanda səfərdə olan Qazaxıstanın "Kazax TV" telekanalının əməkdaşları Beynəlxalq Muğam Mərkəzində olublar.

Olaylar.az bildirir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində akreditasiya olunmuş "Media-Soy Production"un "Kazax TV" telekanalı üçün Azərbaycanda "Folk Art" və "The school of nomads" adlı iki layihəsi çərçivəsində hazırlanan verilişlərdə Azərbaycanın tarixi və mədəni irsi əks etdiriləcək.

"Media-Soy Production" şirkətinin prodüseri Dana Nukeyeva və şirkətin çəkiliş qrupu bir gün ərzində Beynəlxalq Muğam Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Çəkiliş zamanı Beynəlxalq Muğam Mərkəzinin yaranma tarixi və fəaliyyəti barədə Mərkəzin direktoru, Xalq artisti Murad Hüseynov məlumat verib.

Bəşəriyyətin  şifahi  və  qeyri-maddi  irsinin  şah  əsərlərindən  biri olan Azərbaycan muğamı haqqında məlumatları isə Əməkdar incəsənət xadimi, UNESCO nəzdində Beynəlxalq Ənənəvi Musiqi Şurasının üzvü Sürəyya Ağayeva çatdırıb.

"Kazax TV" telekanalının çəkiliş qrupu yaradılan şəraitə görə BMM-nin rəhbərliyinə minnətdarlığını bildirib. Şirkətinin prodüseri Dana Nukeyeva bildirib ki, telekanal tərəfindən lentə alınan proqram digər turkdilli dövlətlərdə də nümayiş olunacaq. Bu isə informasiya müharibəsi dövründə mədəniyyətimizin təbliğinə xüsusi töhfəsdir. Bu baxımdan yerli və beynəlxalq media nümayəndələri ilə sıx əməkdaşlığın yaradılması və genişləndirilməsi vacibdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31