Moskva Şəhər Dumasında azərbaycanlı rəssamın sərgisi açılıb

Moskva Şəhər Dumasında azərbaycanlı rəssamın sərgisi açılıb

Moskva Şəhər Dumasında Rusiyanın və Azərbaycanın Əməkdar rəssamı Əsgər Məmmədovun "Nar dalğaları" adlı fərdi sərgisi açılıb.

Olaylar.az bildirir ki, sərgidə rəssamın Azərbaycan və Rusiya, Qarabağ, Bakı mənzərələri və digər mövzularda çəkdiyi peyzajlar, natürmortlar, portretlər nümayiş olunur.

Sərginin açılışında çıxış edən Moskva Şəhər Dumasının sədri Aleksey Şapoşnikov deyib ki, rəssam Əsgər Məmmədovun əsərlərinin əksəriyyətində nar əks olunub.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Əsgər Məmmədovu fərdi sərgisinin açılması münasibəti ilə təbrik edib. Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsi zamanı Ə.Məmmədovun əsərlərinin saxlandığı ev-muzeyinin yandığını və rəsmlərin məhv olduğunu vurğulayaraq deyib.

Mərasimdə çıxış edən tarix elmləri namizədi Manaf Ağayev, Rusiyanın Əməkdar rəssamı Pavel Boyko, şair Sultan Mərzili, "Dirçəliş və Ümid" Xeyriyyə Fondunun rəhbəri İrina Boqaçyova rəssamın yaradıcılığında söhbət açıblar.

Əsgər Məmmədov sərginin təşkilinə görə Moskva Şəhər Dumasına təşəkkürünü bildirib. O qeyd edib ki, sərgidə təqdim olunan əsərlərin əksəriyyəti Azərbaycana həsr edilib.

Sərgi oktyabrın 11-dək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31