İlkin Səlifovun "EXORDIUM" adlı fərdi sərgisi baş tutacaq

İlkin Səlifovun "EXORDIUM" adlı fərdi sərgisi baş tutacaq

Oktyabrın 5-də Gənc fotoqraf İlkin Səlifovun ADO teatrında "EXORDIUM" adlı fərdi sərgisi baş tutacaq. Olaylar.az bildirir ki, sərgidə ADO teatrında göstərilmiş tamaşalardan da fotolar nümayiş olunacaq.

Sərgi 3 gün davam edəcək. Eyni zamanda sizləri açıq buffet də gözləyir.

İlkin Səlifov 1991-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olmuşdur. Fotoqrafiyaya marağı universitet illərində yaranmış, 2014-cü ildən fotoqrafiya ilə peşəkar şəkildə məşğul olmağa başlamışdır. Fotoqrafiyanın kommersial tərəfindən asılı olmayaraq fərqli festival və müsabiqələrdə ("ASAN könüllülər hərəkatı fotoqrafların gözü ilə", "Fotofest 2016 - Çelyabinsk", "IV İslam həmrəylik oyunları Azərbaycan fotoqraflarının gözü ilə", "Formula 1 Azerbaijan Grand Prix 2018/2019") iştirak etmiş, bir sıra diplom və sertifikatlara layiq görülmüşdür. Əsasən korporativ və reklam xarakterli çəkilişlərin sifarişlərini qəbul edir. 2016-cı ildən Azərbaycan Fotoqrafları Birliyinin üzvüdür.
Qeyd edək ki, sərgiyə giriş sərbəstdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31