“Teas Press” “Ən yaxşı nəşriyyat” seçildi

"Teas Press" nəşriyyatı "Ən yaxşı nəşriyyat" mükafatı ilə təltif edilib. VI Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkasının Təşkilat Komitəsinin qərarına əsasən nəşriyyat sərgidə xüsusi stendi və fəaliyyəti ilə seçildiyi üçün bu mükafata layiq görülüb.

"Teas Press" nəşriyyatı "Ən yaxşı nəşriyyat" mükafatı ilə təltif edilib.

VI Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkasının Təşkilat Komitəsinin qərarına əsasən nəşriyyat sərgidə xüsusi stendi və fəaliyyəti ilə seçildiyi üçün bu mükafata layiq görülüb.

Şərəf Cəlillininin "Seyid İmadəddin Nəsimi: həqq idi, həqq söylədi, həqq dedi" kitabı isə "Ən yaxşı nəşr" mükafatına layiq görülüb.

Qeyd edək ki, sentyabrın 27-dən 29-dək Bakı İdman Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilib. 

Sərgi-yarmarkada nəşriyyat-poliqrafiya müəssisələri, kitab evləri və digər aidiyyəti qurumlar çap məhsullarını nümayiş etdirmək, satmaq, yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanıblar.

APA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31