Mahnı Teatrında gənc ifaçıların konserti olub

Mahnı Teatrında gənc ifaçıların konserti olub

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında "Könül nəğmələri" adlı konsert proqramı təşkil olunub.

Olaylar.az bildirir ki, Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşan konsertdə gənc solistlər - Səbinə Ərəbli, Nadir Qafarzadə, Zaur Əmiraslanov, Rövşən Əziz, İlkin Fuadoğlu, Rövşən Qəhrəmanov, Səbinə Babayeva, Kənan Qədimov, Lalə Məmmədova, Pərviz Verdiyev, Aynur İsgəndərli və Könül Məmmədli çıxış ediblər. Solistləri Tofiq Əhmədov adına Estrada-Simfonik Orkestri müşayiət edib. Konsert çərçivəsində bəstəkar və xalq mahnıları da ifa olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31