Teatr Xadimləri İttifaqının rəsmiləri Füzuli Dövlət Dram Teatrında
Teatr Xadimləri İttifaqının rəsmiləri Füzuli Dövlət Dram Teatrında
25 Sentyabr 2019 11:49 MədəniyyətAzərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Rafiq Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Füzuli Dövlət Dram Teatrının qonağı olub. Görüş çərçivəsində teatrın yaradıcı heyəti ilə yaxından tanışlıq və səmimi söhbət edilib, gələcək planlar barədə s öhbət açılıb.
Olaylar.az bildirir ki, Füzuli Dövlət Dram Teatrının kollektivinin son illərdə qazandığı uğurlar, qarşıdakı dövr üçün yaradıcılıq planları barədə gələn qonaqlara məlumat verilib.
XXXI teatr mövsüm açılışı ilə əlaqədar görülən hazırlıq işləri ilə yaxından tanış olan qonaqlar hədiyyə olaraq teatra səhnə geyimi təqdim ediblər.
Sonda xatirə şəkili çəkdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31