“Arşın mal alan” XI Beynəlxalq Musiqi Festivalında nümayiş olundu
“Arşın mal alan” XI Beynəlxalq Musiqi Festivalında nümayiş olundu
25 Sentyabr 2019 11:47 MədəniyyətAzərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Ü. Hacıbəylinin "Arşın mal alan" operettası nümayiş edilib.
Olaylar.az bildirir ki, sənət ocağının repertuarında özünəməxsus yer tutan səhnə əsəri Üzeyir Hacıbəyliyə həsr edilmiş XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim edilib.
Aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, tamaşa maraqla qarşılanıb.
Qeyd edək ki, hər il teatr Ü. Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın bu ölməz əsərini repertuara daxil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31