“Silk Road” orkestri Bakıda çıxış edib
“Silk Road” orkestri Bakıda çıxış edib
25 Sentyabr 2019 11:45 MədəniyyətMüslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Silk Road" Kunmin Filarmonik Orkestrinin (Çin) konserti olub.
Olaylar.az bildirir ki, musiqi gecəsində Rusiyanın Xalq artisti, violonçelçalan Sergey Rolduqin, pianoçu Miroslav Kultişev və truba ifaçısı İsrafil Rəsulov solo ifa ediblər. Orkestrə Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Eyyub Quliyev dirijorluq edib.
Gecədə L.Himinq, X.Penq, D.Şostakoviç, Y.Haydn, R.Ştrausun əsərləri səslənib.
Konsert böyük maraqla qarşılanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31