Azyaşlı tamaşaçılar “Nindza Tısbağalar və kapitan Cekin macəraları” izləyə biləcəklər

Azyaşlı tamaşaçılar “Nindza Tısbağalar və kapitan Cekin macəraları” izləyə biləcəklər

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı heyəti azyaşlı tamaşaçıları üçün oktyabrın 12-də "Nindza Tısbağalar və kapitan Cekin macəraları" tamaşasını təqdim edəcək.

Olaylar.az bildirir ki, sənət ocağının repertuarında yeni tamaşalardan olan səhnə əsərinin quruluşçu rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Könül Kərimovadır.

Səhnə əsərində aktyorlar Mətləb Abdullayev , İlahə Həsənova, Rada Nəsibova, Nigar Güləhmədova, Elnur Qədirov və Elçin Hacıyev , Vüsal Mustafayev və İmran Qurbanov, Əlvida Cəfərov, Xədicə Novruzlu, Fəridə Şahbazova, Rüstəm Rüstəmov, Ziya Ağayev, Vüsal Məmmədov, Mehriban Xanlarova, Əminə Cəfərova və Ləman Fərmanlı iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31