Veliçka Yoçeva və Azərbaycanın Xalq artisti eyni səhnədə çıxış edəcəklər
Veliçka Yoçeva və Azərbaycanın Xalq artisti eyni səhnədə çıxış edəcəklər
24 Sentyabr 2019 13:22 MədəniyyətSentyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bolqarıstanın tanınmış violonçel ifaçısı Veliçka Yoçeva və Azərbaycanın Xalq artisti, pianoçu Murad Hüseynov konsert proqramı ilə çıxış edəcəklər.
Olaylar.az bildirir ki, Azərbaycanın ən mahir və tanınmış pianoçusu, Xalq artisti Murad Hüseynov musiqimizi dünyanın mötəbər səhnələrində layiqincə təmsil edən sənətkarlardandır. Fransanın məşhur "Mezzo"musiqi telekanalında ilk çıxış edən Azərbaycanlı musiqiçi bu günə kimi dünyanın məhşur kollektivləri ilə bir səhnəni bölüşüb.
Məşhur violonçel ifaçısı Veliçka Yoçeva Çaykovski adına Moskva Dövlət Konservatorioyasının məzunudur. Hazırda Kanadada yaşayan ifaçı bir çox nüfuzlu beynəlxalq müsabiqələrin qalibi olmaqla yanaşı Monreal Universitetində elmi fəaliyyətini davam etdirir. Veliçka Yoçeva Beynəlxalq Muğam Mərkəzinin səhnəsində ilk dəfə çıxış edəcək.