Bəstəkarlar İttifaqında elmi konfrans keçiriləcək

Bəstəkarlar İttifaqında elmi konfrans keçiriləcək

Sentyabrın 24-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli Azərbaycan bəstəkarları Soltan Hacıbəyovun anadan olmasının 100 illiyinə və İsmayıl Hacıbəyovun anadan olmasının 70 illiyinə həsr olunmuş elmi konfrans keçiriləcək.

Olaylar.az bildirir ki, konfrans XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunacaq.

Konfransda hər iki bəstəkarın ömür yoluna nəzər salınacaq və zəngin yaradıcılıqlarından söhbət açılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31