Muğam Mərkəzində rusiyalı violin ifaçısının ustad dərsi təşkil olunub

Muğam Mərkəzində rusiyalı violin ifaçısının ustad dərsi təşkil olunub

XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində tanınmış rusiyalı violin ifaçısı Sergey Doqadinin ustad dərsi təşkil olunub.

Olaylar.az bildirir ki, P.Çaykovski adına XVI Beynəlxalq Musiqi Festivalının qalibi olan ifaçının ustad dərsində Bülbül adına Orta ixtisas musiqi məktəbi və paytaxtın musiqi məktəblərinin bir qrup şagirdi və onların müəllimləri iştirak edib.

Rusiyalı musiqiçi hər bir şagirdi ayrılıqda dinləyərək öz məsləhətlərini verib. Bildirib ki, saatlarla alət arxasında vaxt keçirməməyin ən asan yolu ağıl və ürəklə, düşünərək ifa etməkdir.

Şagird və müəllimlərin suallarını cavablandıran Sergey Doqadin texnika, musiqi duyumu, müasir ifaçılığın problemləri ilə bağlı fikirlərini bölüşüb. Ustad dərsi maraqla qarşılanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31