Opera və Balet Teatrı mövsümü açıq elan edib

Opera və Balet Teatrı mövsümü açıq elan edib

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı mövsümü Ü. Hacıbəylinin "Koroğlu" üçpərdəli operası ilə açıb.

Olaylar.az bildirir ki, Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunan səhnə əsərində Koroğlu obrazını Əməkdar artist Ramil Qasımov canlandırıb.

Bundan başqa, səhnə əsərində digər rolları teatrın aparıcı solistlərindən Əməkdar artistlər Afaq Abbasova (Nigar) Cahangir Qurbanov (Həsən xan), Xalq artistləri Əli Əsgərov (İbrahim xan), Əkrəm Poladov (Alı kişi), Fidan Hacıyeva (Xanəndə qız), solist Taleh Yahyayev (Ehsan paşa) və başqaları ifa ediblər.

Operanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edib.

Qeyd edək ki, builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.

Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31