“Canlandır” layihəsi gənclərə teatrı sevdirdi

“Canlandır” layihəsi gənclərə teatrı sevdirdi

Bakıda Niderland Krallığnın Azərbaycandakı Səfirliyi və "ABŞ Təhsilli Azərbaycan Məzunları" İB tərəfindən dəstəklədiyi "Canlandır" layihəsinə uğurla yekun vurulub. Olaylar.az bildirir ki, layihənin əsas məqsədi yeni teatr pyeslərinin yazılmasına təkan vermək, yeni pyesləri teatr rejissorlarına göstərib gələcəkdə onların səhnələşdirilməsini təmin etməkdir. Layihə çərçivəsində pyes yazmaq, aktyorlar üçün kastinq, yeni pyeslərin səhnəli oxunuşuna dair təlimlər  həyat keçirilib.  

Tədbirdə 5 təmamilə yeni pyesin oxunuşu baş tutmuşdur. Bu Anar Qasımovun "Mars", rejissor Əfsanə Yusifova, Fərqanə Qədimovanın "Oyun", rejissor Ülviyyə Əhmədova, Zərif Bəkirovanın "Sülh danışıqları", Şəms Baxşəliyevanın "Başqaları", rejissor Aylə Bəhramqızı və Tacirə Mahmudovanın "Görüş", rejissor Sevil Həsənəlizadə pyesləri idi. Pyeslər cəmiyyətdə gedən ayrı seçkilik, dünyadakı sülhün bərqərar olması, xəyanətkarlıq və keçmişi qaytarmağın çətin olması kimi mövzulara toxunmuşdur.

Qeyd edək ki, pyeslər 3 gün ərzində yazılmış və 10 gün ərzində rejissor və tələbə və həvəskar aktyorlar tərəfindən səhnələşdirilmişdir.

İştirak edənlərin bir çoxu üçün bu teatrda ilk təcrübə olub. Aktyor Vüsal Cavadzadə bildirmişdir ki, onun üçün bu teatrda ilk addımlar idi və bundan sonra onun teatra həvəsi artdı. "Oyun" pyesinin müəllifi Fərqanə Qasımova da qeyd edib ki, o heç təsəvvür edə bilmirdi ki, nə vaxtsa onun yazdığı əsər səhnələşdirilə bilər.

Tədbir Salaam Cinemada keçirilib. 150-yə yaxın tamaşaçı açıq havada teatr performanslaırını izləməkdən zövq alıb.

Layihənin koordinatoru və ideya müəllifi Zərif Bəkirovadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31