"Xəlqilik, millilik, beynəlmiləllik" adlı tədbir keçiriləcək – Muğam Mərkəzində

"Xəlqilik, millilik, beynəlmiləllik" adlı tədbir keçiriləcək – Muğam Mərkəzində

Sentyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində Milli Musiqi gününə həsr olunmuş "Xəlqilik, millilik, beynəlmiləllik" adlı tədbir keçiriləcək.

Olaylar.az bildirir ki, tədbirdə ilk olaraq sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunan kitabının təqdimat mərasimi keçiriləcək. Daha sonra tədbir ədəbi-bədii gecə ilə davam edəcək. Konsert proqramında Əməkdar artistlər Səbuhi İbayev, Bəyimxanım Vəliyeva, Nərgiz Kərimova, Anar Şuşalı və xanəndələr , Rəvanə Qurbanova, Səbinə Ərəblinin ifasında Üzeyir bəy yaradıcılığının şah əsərlərindən nümunələr səslənəcək. Solistləri tarzən Rövşən Qurnabovun rəhbərlik etdiyi "Buta" instrumental ansamblı müşayiət edəcək.

Muğam və təsniflər “Rast dünyası”nda səslənəcək

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31