Sarayda “Nyu York Gecələri” olacaq

Sarayda “Nyu York Gecələri” olacaq

Noyabrın 6-da Heydər Əliyev Sarayında "Nyu York Gecələri" adlı konsert proqramı keçiriləcək.

Olaylar.az bildirir ki, teatr, musiqi, mahnı və rəqslərin yer aldığı proqramda Nyu-York şəhərin dünyaca məşhur musiqili şoularından Dream Girls, The Great Gatsby, Chicago, Burlesque, Moulin Rouge və başqalarından səhnəciklər canlı şəkildə göstəriləcək.

Saat 19:00-da başlayacaq konsertin biletlərinin Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31