Teatrın yaradıcı kollektivi Fəvvarələr meydanında çıxış edəcək

Teatrın yaradıcı kollektivi Fəvvarələr meydanında çıxış edəcək

Sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Milli Musiqi Günü münasibətilə Fəvvarələr meydanında konsert verəcək.

Olaylar.az bildirir ki, konsert proqramı Mədəniyyət Nazirliyinın dəstəyi, Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşacaq.

Bayram əhval-ruhiyyəli tədbirdə 110 yaşlı qocaman mədəniyyət ocağının böyük kollektivi - balet, xor truppası, orkestr və aktyor heyəti çıxış edəcək.

Konsertdə təkcə dahi Ü. Hacıbəylinin ölməz əsərləri deyil, dünya klassiklərinin, eləcə də müasir bəstəkarların musiqiləri səsləndiriləcək, teatrın repertuarında xüsusi yer tutan tamaşalardan parçalar nümayiş etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31