“Sehirli Tütək” tamaşası nümayiş olunacaq

“Sehirli Tütək” tamaşası nümayiş olunacaq

Sentyabrın 21-də Bakı Uşaq Teatrı  yeni mövsümə start verəcək. Olaylar.az bildirir ki, açılışda  teatrın repertuarında yeni olan "Sehirli Tütək" tamaşası nümayiş olunacaq.

Azərbaycan xalq nağılı əsasında Maarif Məmmədovun ssenariləşdirdiyi, İntiqam Soltanın quruluşunda hazırlanan tamaşada  rolları  Rauf  Hüseynli, Mehman Piriyev, Tofiq İsgəndərli, Natiq Fərzəliyev, Ədalət Ağaverdizadə, Könül Şahbazova, Gülər Ləzgiyeva, Qurban Əhmədov, Turə Qasımlı, Gülnarə Abbasova, Emin Balayev, Nərminə Məhərrəmova  ifa edirlər. Tamaşanın rəssamı Sevda Məmmədova, bəstəkar Mahir İbrahimlidir. Tamaşanın müddəti 1 saatdır.

Açılış mərasimi  21 sentyabr 2019-cu il tarixində saat 12:00-da teatrın müvəqqəti yerləşdiyi Qaraçuxur qəsəbəsi Q.Abbasov adına Mədəniyyət sarayında keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31