Şuşa Dövlət Musiqili Dram Teatrı mövsümü premyera ilə açacaq
Şuşa Dövlət Musiqili Dram Teatrı mövsümü premyera ilə açacaq
16 Sentyabr 2019 12:54 MədəniyyətSentyabrın 17- də Şuşa Dövlət Musiqili Dram Teatrında yeni teatr mövsümünün açılış mərasimi keçiriləcək. Olaylar.az bildirir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəhbərliyi və teatr ictimaiyyətinin nümayəndələri iştirak edəcək.
Tədbirdə Altay Məmmədovun "Kitabi-Dədə Qorqud" dastanı əsasında yazdığı "Dəli Domrul" pyesi üzrə tamaşanın premyerası olacaq.
Tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədov, rejissor assistenti Zəhra Salayeva, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.
Rolları Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Zəhra Salayeva, Mobil Qurbanov, Hamlet Qənbərov, Emin Sevdiməliyev və Əməkdar artist Azad Məmmədov ifa edirlər.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Şuşa Dövlət Musiqili Dram Qeyd edək ki, teatrının binası əsaslı şəkildə təmir olunaraq 24 dekabr 2018-ci il tarixində kollektivin ixtiyarına verilib. 147-ci mövsümün açılışı, həm də Şuşa teatrının öz binasında ilk yeni mövsümünün açılışı kimi əlamətdar olacaq.