“Art Zone Week” adlı rəngkarlıq simpoziumu Qəbələdə

“Art Zone Week” adlı rəngkarlıq simpoziumu Qəbələdə

Qəbələdə Azərbaycanın tanınmış rəssamlarının iştirakı ilə "Art Zone Week" adlı rəngkarlıq simpoziumu keçirilmişdir.

Olaylar.az bildirir ki, sosial  yönümlü bu layihəinin əsas məqsədi rəssamların  gözü ilə Qəbələni respublikamızın əsrarəngiz bölgəsi kimi təşviq etməklə bərabər, rayonun orta məktəblərinin bütün yaş həddini əhatə edən və rəssamlıq sahəsinə marağı və həvəsi olan gənclərə "Ustad dərsləri" keçirməkdir.

Simpoziumda iştirak edən Azərbaycanın Əməkdar rassamları Müseyib Əmirov, Elyar Əlmirzəyev ,Yelena Haqverdiyeva və Vüqar Məmmədov sentyabrın 12-də Qəbələ rayon Mədəniyyət Mərkəzinin foyesində gənc həvəskar rəssamlarla görüş keçirdilər. Tədbiri giriş sözü ilə İsmayıllı Regional Mədəniyyət İdarəsinin  əməkdaşı Nargilə Qafarova açdı. Sonra rəssamlar qrupunun rəhbəri Şakir Eminbəyli tədbir haqqında ətraflı məlumat verdi və öz fikirlərini bölüşdü.  

Daha sonra tədbir iştirakçıları sərgiyə baxış keçirdi. Sonda rəssamlar Qəbələ Dövlət Rəsm Qalareyasında ustad dərsləri  təşkil etdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31