Arif Məlikovun xatirəsi anıldı

Arif Məlikovun xatirəsi anıldı

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, akademik, professor Arif Cahangir oğlu Məlikovun anadan olmasının 86 illiyinə hsr olunan tədbir keçirilib.

Olaylar.az bildirir ki, muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir. Sonra muzeyin şöbə müdiri Xanım Abdinova Arif Məlikovun zəngin yaradıcılıq yolu, musiqi mədəniyyətimizin inkişafında əvəzsiz xidmətləri haqqında danışmışdır.

Sonra  Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov, Əməkdar artist, pianoçu Adilə Əliyeva,  Arif Məliikovun tələbələri - bəstəkarlar Pikə Axundova, Gülnarə Məmmədova, Əməkdar artist Elza Seyidcahan sevimli müəllimləri haqqında xatirələrini, ürək sözlərini tədbir iştirakçıları ilə bölüşdülər.

Bütün çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.

Bədii hissədə Azərbaycan Respulikasının Xalq artisti Gülnaz İsmayılova, Beynəlxalq Müsabiqələr laureatları  Səidə Tağızadə, Bakı Musiqi Akademiyasının tələbəsi Elxan Niftiyev (f-no), Ziba Rəcəbli (alt), Tomris Hüseynova (f-no) və  Əli Vahidov (f-no) Arif Məlikovun əsərlərindən ibarət konsert proqramı ilə çıxış etmişlər.

Tədbirdə bəstəkarın "Məhəbbət əfsanəsi" baletindən, "Əbədiyyət" simfoniyasından, Fortepiano və simfonik orkestr üçün konsertindən videoyazılar nümayiş olunmuşdur.

Sonda Arif  Məlikovun nəvəsi Aminə Məlikova tədbirin təşkilinə görə dərin minnətdarlığını bildirmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31