Finlandiyalı rejissorun filmi nümayiş olunacaq
Finlandiyalı rejissorun filmi nümayiş olunacaq
13 Sentyabr 2019 16:47 MədəniyyətKino sahəsində dinlərarası dialoq üzrə məşhur beynəlxalq SİGNİS mükafatına layiq görülmüş filmlər nümayişi olacaq.
Olaylar.a zbildirir ki, ekran əsərləri Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 28-dən oktyabrın 1-dək keçiriləcək Nəsimi - şeir, incəsənət və mənəviyyat festivalı çərçivəsində təqdim ediləcək.
Bu filmlər içərisində finlandiyalı rejissor Aki Kaurisməkinin "Ümidin o biri üzü" filmi də var. Ekran əsərində fərqli dinlərə, mədəniyyətlərə və həyat tərzlərinə malik insanların anlaşması və dostlaşması əksini tapıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31