Əbülfəs Qarayev: " Prezident İlham Əliyev məzarın bərpası, bu istiqamətdə danışıqlar aparılması ilə bağlı tapşırıq verib "

Əbülfəs Qarayev: " Prezident İlham Əliyev məzarın bərpası, bu istiqamətdə danışıqlar aparılması ilə bağlı tapşırıq verib "

Mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında Nəsiminin məzarının bərpası ilə bağlı dövlət tərəfindən danışıqlar aparıldığını bildirib.

Həmçinin nazir qeyd edib ki, Prezident İlham Əliyev məzarın bərpası, bu istiqamətdə danışıqlar aparılması ilə bağlı müəyyən tapşırıqlar verib:

"Bu gün Suriyadakı vəziyyət buna böyük əngəldir. Hesab edirəm ki, "Nəsimi ili", Nəsimi festivalı bu məsələnin daha çevik həll olunmasına dəstək olacaq. Vəziyyət imkan verən kimi Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, digər qurumlar məzarın bərpası ilə bağlı işlər görəcək".

Qeyd edək ki, Nəsiminin məzarı Suriyanın Hələb şəhərindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31