"Unudulmayanlar" layihəsi davam edir – Muğam Mərkəzində

"Unudulmayanlar" layihəsi davam edir – Muğam Mərkəzində

Beynəlxalq Muğam Mərkəzində sentyabrın 24-də yeni mövsümün ilk "Unudulmayanlar" layihəsi təqdim ediləcək.

Olaylar.az bildirir ki, layihənin ilk tədbirində XIX əsrin sonu - XX əsrin əvvəlində xanəndəlik fəaliyyəti ilə məşğul olmuş daha sonra neft sənayeçisinə çevrilən Seyid Mirbabayevin xatirəsi yad ediləcək.  Bütün muğamsevərləri 2019-cu il boyunca layihənin maraqlı konsertlərini izləməyə dəvət edirik. Layihə "Mədəniyyət" kanalının informasiya dəstəyi ilə reallaşır.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi "Unudulmayanlar", "Muğam axşamları" "Dastan gecələri", "Aşıq musiqisi" , Etnik musiqi inciləri"  kimi layihələri davam etdirməkdədir. Layihələrin məqsədi muğam sənətimizin , milli musiqimizin və qeyri maddi mədəni irsimizin təbliği və gənc nəslə tanıdılmasdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31