İlahiyyata dair əlyazmalar kataloqunun III cildi çapdan çıxıb

İlahiyyata dair əlyazmalar kataloqunun III cildi çapdan çıxıb

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun nəşr etdirdiyi ilahiyyata dair əlyazmalar kataloqunun III cildinə institutda mühafizə olunan ərəb, fars və türk dillərində yazılmış hədisə dair əlyazma əsərlərinin təsviri daxildir.

Olaylar.az bildirir ki, kataloqun hazırlanma prossesi zamanı yeni əlyazma nüsxələri aşkar edilib, o cümlədən bəzi müəllifsiz əlyazmaların müəllifləri müəyyən edilib.

Yeni cildin tərtibçisi ilahiyyat üzrə fəlsəfə doktoru Nailə Süleymanova, elmi redaktorları filologiya üzrə elmlər doktorları Paşa Kərimov və Kamandar Şəriflidir.

Nəşrdə yer alan farsdilli təsvirlərin redaktoru Könül Bağırova, ərəbdilli təsvirləin redaktoru isə Yeganə Rəhnulladır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31