Opera və Balet Teatrında “Jizel” baletinin tamaşası nümayiş olunacaq

Opera və Balet Teatrında “Jizel” baletinin tamaşası nümayiş olunacaq

Sentabrın 28-də XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanın "Jizel" baletinin tamaşası keçiriləcəkdir.

Olaylar.az bildirir ki, tamaşada Jizel partiyasını Teatrın balet truppasının aparıcı solisti, Azərbaycan Respublikasının Əməkdar artisti Nigar İbrahimova ifa edəcəkdir. Tamaşanın professional səviyyəsini yüksəltmək məqsədilə Teatrın rəhbərliyi əsas partiyalardan birini - qraf Albert partiyasını ifa etmək üçün Ukrayna Milli Operasının solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Stanislav Olşanskini dəvət etmişdir.

Tamaşada həmçinin Əməkdar artist Elmira Süleymanova (Mirta), aparıcı solist Anar Mikayılov (Meşəbəyi Hans) və b. da çıxış edəcəklər.

Tamaşanı Teatrın baş dirijoru - Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31