Şirvanşahlar Sarayında “İrfani sirlər” adlı sərgi açılacaq
Şirvanşahlar Sarayında “İrfani sirlər” adlı sərgi açılacaq
11 Sentyabr 2019 14:28 MədəniyyətSentyabrın 28-də Şirvanşahlar Sarayında "İrfani sirlər" adlı sərgi açılacaq.
Sərgi Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 28-dən oktyabrın 1-dək keçiriləcək Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində təşkil ediləcək.
Olaylar.az bildirir ki, sərgidə Azərbaycan, Türkiyə, Fransa və Özbəkistandan olan 10 rəssam və heykəltəraşın əsərləri nümayiş olunacaq. Saray ərazisini əhatə edən ekspozisiyada mənəvi həyat və ruh təkamülünün sirlərinə həsr olunan videoart, qrafika nümunələri, instalyasiya və kinetik obyektlər təqdim olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31