“Yeddi nar çubuğu” – Kukla Teatrında nümayiş olunacaq
“Yeddi nar çubuğu” – Kukla Teatrında nümayiş olunacaq
11 Sentyabr 2019 14:27 MədəniyyətA. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Azərbaycan xalq nağılı "Yeddi nar çubuğu" əsasında yeni nümunə hazırlanır.
Olaylar.az bildirir ki, yeni mövsümdə təqdim olunacaq tamaşanın səhnələşdirəni Zülfüqar Rüfətoğlu, quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.
Tam müasir tərtibat, yeni səhnə vasitələrinin tətbiqi ilə ərsəyə gələcək tamaşada klassik nağıl-tamaşa, vizual elementlərlə ənənəvi kukla üslubunun sintezi təqdim olunacaq.
Səhnə əsəri ilin sonunadək teatrsevərlərin ixtiyarına veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31