“Qisseyi-Yusif” poemasının surəti Moskvada TAPILDI
“Qisseyi-Yusif” poemasının surəti Moskvada TAPILDI
10 Sentyabr 2019 16:57 MədəniyyətAMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov XIII əsrdə yaşamış Azərbaycan şairi Əlinin "Qisseyi-Yusif" poemasının Moskva Dövlət Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin nadir kitablar fondunda saxlanan əlyazmasının surətini əldə edib.
Olaylar.az bildirir ki, son vaxtlara qədər araşdırmadan kənarda qalan bu nüsxə 1832-ci ildə Sankt-Peterburqda daha qədim bir əlyazmadan köçürülüb.
Poemanın digər nüsxələri ilə müqayisədə daha mükəmməl olan bu əlyazma 5028 misradan ibarətdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31