“Muğam axşamları” layihəsi yeni mövsümdə davam edəcək – Muğam Mərkəzində
“Muğam axşamları” layihəsi yeni mövsümdə davam edəcək – Muğam Mərkəzində
10 Sentyabr 2019 15:10 MədəniyyətSentyabrın 27 -də muğamsevərlərə Beynəlxalq Muğam Mərkəzində Əməkdar artistlər Təyyar Bayramov, Arzu Əliyeva və Elnur Zeynalovun ifasında "Rast" muğamı təqdim ediləcək.
Olaylar.az bildirir ki, ilin sonuna kimi 27 sentyabr- 28 dekabr tarixlərinədək Beynəlxalq Muğam Mərkəzinin səhnəsində "Rast" - 27 sentyabr, "Şur"- 25 oktyabr, "Zabul-Segah"- 29 noyabr, "Çahargah"- 28 dekabr muğamları ifa ediləcək.
2020-ci ildən isə 31 yanvar- 25 dekabr tarixlərini əhatə edəcək konsertlərdə "Bayatı-Şiraz", "Humayun","Şüştər", "Şahnaz", "Orta Mahur", "Arazbari", "Osmanlı", "Heydəri", "Bayatı Qacar", "Mahur hindi", "Qarabağ şikəstəsi", "Xaric segah", "Heyratı", "Mirzəhüseyn segahı", "Kəsmə şikəstə", "Bayatı Kürd" , "Ovşarı", "Dəşti", "Qatar", "Rahab", "Şirvan şikəstəsi" muğamları təqdim olunacaq.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də "Muğam axşamları" layihəsidir. Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərməkdədir . Artıq 3-cü mərhələsi təqdim edilən konsertlərdə bu günə kimi tanınmış , görkəmli xanəndələrimizin ifasında 7 əsas muğamlarımız təqdim edilib.