“Sehrli Bakı” layihəsi çərçivəsində Fəvvarələr meydanında dünya rəqsləri ifa edilib
“Sehrli Bakı” layihəsi çərçivəsində Fəvvarələr meydanında dünya rəqsləri ifa edilib
9 Sentyabr 2019 12:29 MədəniyyətBakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Fəvvarələr Meydanında rəngarəng dünya rəqsləri ifa olunub. Proqram "Sehrli Bakı" layihəsi çərçivəsində gerçəkləşib.
Olaylar.az bildirir ki, Bakı sakinləri və şəhərimizin qonaqları Kəmalə Səfərəliyevanın ifasında "Şam" rəqsini izləyiblər. Sonra meydan "Səma rəqs qrupunun üzvlərinə verilib.
Azərbaycanı beynəlxalq festivallarda layiqincə təmsil edən kollektiv bu axşam tamaşaçılara "Sarı gəlin" kompozisiyasını, "Özbək", "Qaytağı", "Hind", "Çobanlar", "Tatar", "Ərəb" rəqslərini təqdim ediblər. Konsertin əsas nömrəsi isə gənc rəqqasların ifa etdikləri "Azərbaycan süitası" rəqsi olub.
Nömrələr arası fasilədə balaca tamaşaçıların sevimli robotu onlarla əyləncəli oyunlar keçirib.
Tamaşaçıların həftəsonu istirahətini mənalı təşkil etmək, onların musiqi zövqünü peşəkar musiqi ilə zənginləşdirmək məqsədi daşıyan "Sehrli Bakı" layihəsi çərçivəsində konsertlər sentyabrın 30-dək hər həftəsonu davam edəcək.

