Yalçın Adıgözəlov Odessa Opera və Balet Teatrında çıxış edib

Yalçın Adıgözəlov Odessa Opera və Balet Teatrında çıxış edib

Azərbaycanın Xalq artisti, dirijor Yalçın Adıgözəlovun Ukraynanın Odessa şəhərinin Opera və Balet Teatrında konserti olub.

Odessa şəhərinin yaranmasının 225 illiyi və "Odessa operasının məxmər mövsümü" 5-ci yubiley festivalı çərçivəsində keçirilən konsertdə ilk dəfə çıxış edən Y.Adıgözəlovun müşayiəti ilə tanınmış məşhur italyan bəstəkarı Cakomo Puççininin "Madam Batterfli" operası səsləndirilib. Əsərin baş qəhrəmanları isə Ukraynanın tanınmış opera müğənniləri olublar.

Azərbaycan diasporunun fəallarının da müşayiət etdiyi konsert maraqla qarşılanıb və sonda tamaşaçıların alqışına səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31