Xalq rəssamının əsərləri İstanbulda sərgiləndi

Xalq rəssamının əsərləri İstanbulda sərgiləndi

İstanbul şəhərində Azərbaycanın Xalq rəssamı, UNESKO Rəssamlar Olaylar.az bildirir ki, İttifaqının üzvü, professor Sakit Məmmədovun "Opalizm" mövzusunda sərgisi açılıb.

Opalizm üslubunun banisi olan məşhur rəssamın əsərləri sentyabrın 5-dən etibarən bir ay müddətində nümayiş olunacaq.

SOCAR-ın maddi dəstəyi ilə təşkil olunan sərgidə çıxış edən S.Məmmədov burada 160-dan çox əsərin nümayiş edildiyini bildirib. Qeyd olunub ki, sərgilənən əsərlərin əksəriyyəti dünyanın bir çox ölkəsində sənətsevərlərə təqdim edilib.

Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, konsulluğun əməkdaşları, SOCAR-ın nümayəndələri, elm və incəsənət xadimləri iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31