“Ər və arvad”, “Arşın mal alan”, “Silva” və digər tamaşalar nümayiş olunacaq

“Ər və arvad”, “Arşın mal alan”, “Silva” və digər tamaşalar nümayiş olunacaq

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da digər sənət ocaqları kimi bu ay maraqlı tamaşalarla teatrsevərlərin görüşünə gələcək.

Sənət ocağı sentyabrın 20-də "O olmasın bu olsu"la mövsümü açacaq. Sentyabrın 21-də "Ər və arvad", 22-də "Arşın mal alan", 27-də isə "Silva" (rus dilində) tamaşaları təqdim ediləcək. Bundan başqa, tamaşaçılar sentyabrın 28-də "Qodonun intizarında", 29-da isə "999-cu gecə"ni izləyə biləcəklər.

Biletləri satış kassalarından və "ASAN xidmət" mərkəzlərindən əldə etmək olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31