Azərbaycanlı bəstəkarın əsəri Moskva Konservatoriyasında səsləndiriləcək

Azərbaycanlı bəstəkarın əsəri Moskva Konservatoriyasında səsləndiriləcək

Sentyabrın 29-da P.İ.Çaykovski adına Moskva Konservatoriyasının Kiçik zalında P.İ.Yurqenson Fondunun yaradıcısı Boris Yurqensonun (1949-2015) yubileyinə həsr edilmiş konsert proqramı təqdim ediləcək. Olaylar.az bildirir ki, konsertin proqramına bəstəkar, Azərbaycanın Xalq artisti, professor Fərəc Qarayevin də əsəri daxil edilib.

Konsertdə professor Fərəc Qarayevin fortepiano, klarnet və simli kvartet üçün "Postlüdiya - VIII" əsəri səsləndiriləcək. Əsər "Yeni musiqi studiyası" ansamblı tərəfindən ifa ediləcək. Konsert barədə məlumat, həmçinin Moskva Dövlət Konservatoriyasının saytında yer alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31