Opera və Balet Teatrında mövsümün ilk səhnə əsəri - “Koroğlu”
Opera və Balet Teatrında mövsümün ilk səhnə əsəri - “Koroğlu”
29 Avqust 2019 10:46 MədəniyyətAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni mövsümü sentyabrın 19-da Üzeyir Hacıbəylinin "Koroğlu" üçpərdəli operası ilə açıq elan edəcək.
Olaylar.az bildirir ki, Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunacaq səhnə əsərində Koroğlu obrazını Əməkdar artist Ramil Qasımov canlandıracaq. Ötən mövsüm teatrda hazırlanan Fikrət Əmirovun "Nəsimi" baleti bu mövsüm də repertuara daxil edilib. Səhnə əsəri sentyabrın 22-də Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunacaq. "Nəsimi" baleti böyük şairin 650 illiyi münasibətilə ilk dəfə bu ilin mayında nümayiş olunmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31