“Bakı gecələri” Filarmoniya bağında

“Bakı gecələri” Filarmoniya bağında

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami adına Mədəniyyət Mərkəzi Filarmoniya bağında "Bakı gecələri" adlı tamaşa-konsert proqramı təşkil edib.

Olaylar.az bildirir ki, "Kəloğlanın nağılı" adlı tamaşada uşaqların sevimli obrazları olan Şah, Vəzir, Kəloğlan, Loğman, Şah qızı, Ana obrazları Nizami adına Mədəniyyət Mərkəzində fəaliyyət göstərən "Mərdəkan" xalq teatrının üzvləri tərəfindən məharətlə oynanılıb. Tamaşanın maraqlı alınmasında gənc və istedadlı ifaçıların xüsusi rolu olub.

Tədbirdə bir-birindən maraqlı rəqs nömrələri təqdim edilib. Həmçinin qonaqlar, tamaşaçılar rəsm əsərləri və əl işlərindən ibarət guşə ilə də tanış olublar.

Tamaşa-konsert proqramın keçirilməsində əsas məqsəd əhalinin asudə vaxtının səmərəli təşkili, xarici qonaqları Azərbaycan folkloru və incəsənəti ilə tanış etməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31