“Muğam dünyasına səyahət” layihəsi Buzovnada
“Muğam dünyasına səyahət” layihəsi Buzovnada
28 Avqust 2019 12:56 MədəniyyətBeynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə "Muğam dünyasına səyahət" adlı silsilə konsert proqramlarının növbəti tədbiri Buzovna qəsəbəsi Ruhulla Axundov adına Mədəniyyət evində keçirildi.
Olaylar.az bildirir ki, tədbirdə Beynəlxalq Azərbaycan Muğamı Günü günü qeyd olunub. Konsert proqramında sevilən gənc xanəndələr xalq mahnılarımız, muğamlarımızdan ibarət proqramla qəsəbə sakinlərinin qarşısında çıxış etdilər. Bu dəfə Buzovna sakinləri qarşısında tarzən Əli Əliyev və kamança ifaçısı Abbas Əliyevin müşayiəti ilə xanəndələr Elgiz Əliyev, Könül Xəlilzadə, Məhəbbət Səfərov çıxış edib. Xanəndələrin ifasında təqdim edilən "Segah", "Mahur", "Şur", muğamları, təsniflər, darəməd və rənglər tamaşaçılar tərəindən böyük maraqla qarşılandı.
Qeyd edək ki, iyul ayından start götürən layihə ilin sonuna kimi davam edəcək. Konsertlər Beynəlxalq Muğam Mərkəzinin solistləri, muğam müsabiqələrinin laureatlarının iştirakı ilə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mədəniyyət Mərkəzlərində reallaşacaq.