Moskva Dövlət Akademik Teatrı “Yevgeni Onegin”i Bakıda təqdim edəcək
Moskva Dövlət Akademik Teatrı “Yevgeni Onegin”i Bakıda təqdim edəcək
27 Avqust 2019 14:33 MədəniyyətSentyabrın 1-3-də Rusiyanın Y.Vaxtanqov adına Moskva Dövlət Akademik Teatrı "Yevgeni Onegin" tamaşası ilə Bakıda çıxış edəcək.
Olaylar.az bildirir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında təqdim olunacaq səhnə əsərinin ideya, ədəbi kompozisiya və quruluşunun müəllifi Rimas Tuminas, səhnə quruluşçusu Adomas Yanovskis, musiqi müəllifi Fvustas Latenas, geyim rəssamı Mariya Danilova, xoreoqrafı Anjelika Xolina, musiqi rəhbəri Tatyana Ağayevadır.
Təxminən altmış nəfərlik aktyor heyətinin iştirak edəcəyi tamaşada əsas rollarda Sergey Makovetski, Lyudmila Maksakova, İrina Kupçenko, Aleksey Quskov, Viktor Dobronravov, Leonid Biçevin, Yevgeniya Kreqjde, Olqa Lerman və digər məşhur aktyorlar rol alacaq.
Xronometrajı 3 saat 30 dəqiqə olan tamaşa üç gün ardıcıl nümayiş ediləcək.